11:21 22-10-2015
news_image
1013
TOP OYUNLARI

“Bakıda qadınlara münasibət Avropadakından ciddi fərqlidi” - FOTO

“Azərbaycanda çox güclü çempionatda çıxış edirdim. Bakıya gedənə qədər Olimpiya və dünya çempionları ilə oynamamışdım”. Apasport.az saytının məlumatına görə, bunu Ukrayna millisinin voleybolçusu Olqa Savençuk deyib.

 

27 yaşlı hücumçu Azərbaycanda xatirələrini yada salıb.

 

2014/2015 mövsümündə “Azərreyl”də oynayan voleybolçu yeni ildən Polşa “Atom”unda forma geyinəcək. Sopot klubuna transfer olunan Savençuk Bakıdan ayrıldıqdan sonra paytaxtımızda özünü narahat hiss etdiyini açıqlayıb: “Həyat tərzi baxımından Bakı çox yaxşı idi. Buna baxmayaraq, müsəlman ölkəsində yaşamaq mənə bir az çətin gəlirdi. Çünki orada qadınlara münasibət və gündəlik adətlər Avropadakından ciddi fərqlidi. Bu məni narahat edirdi. Özüm Avropaya getmək istəyirdim. Bəzi təkliflər olsa da, onlar məni baxışdan keçməyə çağırırdılar. Nəhayət, mövsümün əvvəli ərəfəsində “Atom”dan təklif gəldi. Düşünürəm ki, oyun səviyyəmi illər ərzində artırmışam. Bu üzdən də Sopot təmsilçisinə kömək etmək gücündəyəm. Belə tanınmış, uğurları olan komandada çıxış etmək mənim üçün şərəfdi”.

 

Qeyd edək ki, Olqa bu ildən “Azəryol” adlanacaq kluba Ukrayna “Ximik”indən gəlmişdi.