11:36 22-10-2015
news_image
593
DİGƏR NÖVLƏR

AzVİF-dən müraciət

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci ildəki təqvim-planına uyğun olaraq, oktyabrın 25-də Dağ Velosipedi Parkında (Xocahəsən) Açıq Federasiya Kubokunun 3-cü mərhələsi keçiriləcək. Apasport.az saytının məlumatına görə, saat 11:00-da başlayacaq yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilər.

 

Reqlamentə əsasən, Elit və U-23 yaş kateqoriyasında mübarizə aparacaq iştirakçılar 2.1 km-lik marşrut boyunca 7, gənclər və U-17 yaş qrupunun velosipedçiləri 5, 15 yaşadək olan idmançılar isə 3 dövrə vurmalıdılar. Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil ediləcək yarışın qeydiyyat prosesi saat 10:00-da başlanacaq.

 

Azərbaycan Velosiped İdmanı Federasiyası yarışda özünü sınamaq istəyən həvəskar dağ velosipedçilərini də Açıq Federasiya Kubokunun 3-cü mərhələsinə dəvət edir. Baş geyimi və velosipedi olan həvəskarlar qeydiyyat üçün şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirməlidilər. Fərqlənən idmançılar yığma komandanın heyətinə cəlb ediləcək.