12:20 22-10-2015
news_image
779
STOLÜSTÜ OYUNLAR

FİDE bakılı qrossmeysteri 2 il müddətinə cəzalandırdı

Bakı – APA. FİDE sabiq dünya çempionu Harri Kasparovla bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun Etika Komissiyası şahmatda ilk addımlarını Azərbaycanda atan qrossmeysteri 2 illik cəzaya məruz qoyub.

 

O, həmçinin Sinqapur Şahmat Federasiyasının sabiq prezidenti İqnatius Leonq, FİDE və bu təşkilata üzv olan milli assosiasiyalarda çalışmaq hüququndan məhrum edilib. Onlar qurumun mənəvi kodeksini pozmaqda ittiham olunur.

 

Bakıda doğulan Kasparov FİDE-yə prezident seçkiləri zamanı Leonqa 500 min dollar verib ki, Asiya ölkələrinin səslərini toplamaqda ona yardım etsin.

 

Qeyd edək ki, 2014-cü ildə keçirilən prezident seçkilərində Kasparov FİDE-nin hazırkı rəhbəri Kirsan İlyumjinovun rəqibi olub.