22:10 22-10-2015
news_image
4072
FUTBOL

“Qəbələ” bizim üçün sürpriz etdi” – İlkay Gündoğan

“Qalib gəldiyimiz üçün çox xoşbəxtik. Məqsəd üç xal qazanmaq idi ki, onu da bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Borussiya”nın futbolçusu İlkay Gündoğan deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qəbələ” ilə qarşılaşan alman klubunun yarımmüdafiəçisi oyun haqqında bunları deyib: “İlk 15 dəqiqə çətin oldu. “Qəbələ”nin iki real şansı olsa da, qol vura bilmədilər. Müdafiədə yaxşı oynayıb, 3 qol vurduq”.

 

Türk əsilli futbolçu matçın startının onlar üçün gözlənilməz olduğunu deyib: “Rəqibdən belə başlanğıc gözləmirdik. Bizə qarşı daha çox müdafiə olunacaqlarını düşünürdük. Ancaq bizə qarşı sürpriz oldu. Epizodlar zamanı müdafiə anlamında yaxşı oynadığımızı düşünürəm”.

 

Almaniya millisinin üzvü qrupdakı vəziyyət haqqında da fikir bildirib: “Qəbələ” və “Krasnodar” arasında açıq mübarizə gedəcək. İkisi də keyfiyyətli komandalardı. Bizim ən əsas məqsədimiz qrupu lider kimi tamamlamaqdı. İkincinin kim olacağını bilmirəm. Sözün açığı, hələ bizim də lider olacağımız dəqiq deyil”.