11:22 23-10-2015
news_image
822
TOP OYUNLARI

Azərbaycan klubu üçün Borislav Yordanov

Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 28-də baş tutacaq “Tarqovitse” (Rumıniya) – “Azəryol” (Azərbaycan) görüşünə təyinat alan referilər dəqiqləşib.

 

Belə ki, Bakı klubunun mövsümdə ilk rəsmi oyunu bolqarıstanlı Borislav Yordanova tapşırılıb. Ona köməklik isə Teodor Kiriopoulouya (Yunanıstan) həvalə olunub.

 

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.