14:41 23-10-2015
news_image
635
DİGƏR NÖVLƏR

MOK rəsmiləri Vaşinqtona yollandı

Oktyabr 26-dan 31-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Milli Olimpiya Komitələrinin Assosiasiyasının XX Baş Assambleyası keçiriləcək. Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) apasport.az saytına verilən məlumata görə, yığıncağa Azərbaycan nümayəndə heyəti də qatılacaq.

 

Ölkəmiz toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva ilə təmsil olunacaq.

 

Tədbir çərçivəsində Gənclər, Beynəlxalq Əlaqələr və Atletlər Komissiyasının, həmçinin təşkilatın 68-ci İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.

 

Baş Assambleyada qitə assosiyasiyaları olan Avropa Olimpiya Komitəsi, Asiya Olimpiya Konsulluğu, Afrika Milli Olimpiya Komitələrinin Assosiyasiyası, Panamerika İdman Təşkilatı və Okeaniya Milli Olimpiya Komitələrinin məruzələri dinlənəcək. Burada, həmçinin Rio-de-Janeiro və Tokio Yay Olimpiya Oyunları və Pyonçanq Qış Olimpiya Oyunlarının təşkilat komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadı.

 

Yeniyetmələr arasında 2018-ci il Buenos Ayres və 2016-cı il Lillehammer Olimpiya Oyunları da müzakirə olunacaq.

 

Qeyd edək ki, növbəti Milli Olimpiya Komitələrinin Assosiyasiyasının XXI Baş Assambleyası Rio-de-Janeiroda baş tutacaq.