12:52 25-10-2015
news_image
1539
STOLÜSTÜ OYUNLAR

Azərbaycan klubu Avropa Kubokunda gümüş medal qazandı - FOTOSESSİYA

Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mübarizəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son turda ölkəmizin SOCAR klubu Rusiyanın "Mednıy Vsadnik" kollektiviylə heç-heçə oynayıb 3:3.

 

Digər təmsilçimiz "Odlar Yurdu" Rusiyanın "Naşe naslediye" klubuna uduzub 2.5:3.5. 

 

7 turdan sonra 13 xal toplayan Rusiya təmsilçisi "Sibir" ilk dəfə Avropa Kubokunun qalibi olub. Turnirin ötənilki qalibi SOCAR isə 11 xalla ikinci yeri tutub və gümüş medala layiq görülüb.

 

Gənc şahmatçılardan ibarət "Odlar Yurdu" yarışı 13-cü pillədə başa vurub.

Qeyd edək ki, SOCAR-ın üzvü Maykl Adams dördüncü lövhədə 5 xal toplamaqla ən yaxşı ikinci yerin sahibi kimi xüsusi mükafat qazanıb.