11:31 26-10-2015
news_image
866
TOP OYUNLARI

Polina Rəhimova 34 xal qazansa da...

Qadın voleybolçular arasında Yaponiya çempionatında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” tur çərçivəsində “Aqeo”nun qonağı olub.

 

Qarşılaşma təmsilçimizin komandası üçün yaxşı başlasa da, sonda rəqib sevinib. “Aqeo” tay-brekdə üstün olub - 3:2 (19:25; 25:22; 25:22; 23:25; 15:11).

 

Polina qarşılaşmada 34 xal toplayıb. Bunlardan 29-nu hücumda aktivinə yazan voleybolçumuz digər 5 xalı eyslə qazanıb.

 

III turdan sonra 5 xala malik “Toyota” 3-cü pillədə qərarlaşıb. Onlar lider “Toray Errous”dan 4 xal geri qalırlar.

 

Qeyd edək ki, Rəhimovanın komandası ilk 2 turda NEC-ə 3:0 hesabı ilə qalib gəlib, “Denso”ya 2:3 hesabı ilə uduzub. “Toyota” növbəti matçına oktyabrın 31-də çıxacaq. Onlar “Xisamitsu” ilə üz-üzə gələcəklər.