12:34 26-10-2015
news_image
845
TOP OYUNLARI

“Mövsümə qələbə ilə başlaya biləcəyimizi hiss edirik” - FOTO

“İnanıram ki, azarkeşlərimizə sevinc bəxş edəcəyik. Mariborda yaxşı hazırlıq keçdik. Komandamıza yeni qoşulanlar da toplanış zamanı özlərini komandanın bir hissəsi hesab etdi”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Odina Bayramova deyib.

 

Komandasının kapitanı Çempionlar Liqasının ilk turunda Almaniya “Ştutqart”ı ilə görüş barədə fikirlərini açıqlayıb. O bildirib ki, “dəmiryolçular”ı bu görüşdə yalnız qələbə qane edəcək: “Ştutqart”la oyun mövsümdə ilk sınağımızdı. Komandamız çox güclüdü. Mövsümə qələbə ilə başlaya biləcəyimizi hiss edirik”.

 

Qeyd edək ki, “Azərreyl” – “Ştutqart” matçı oktyabrın 28-də saat 18:00-da başlayacaq. Qarşılaşma Voleybol Mərkəzində olacaq.