18:18 29-10-2015
news_image
8542
TOP OYUNLARI

"Telekom" məğlub oldu – YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, I turda fərqli nəticələrə imza atan “Azərreyl” və “Lokomotiv”in ardından digər Azərbaycan təmsilçisi “Telekom” da mübarizəyə başlayıb.

 

Tarixində ilk dəfə avrokuboklarda çıxış edən komanda debütünü evdə gerçəkləşdirib. A qrupunda mübarizə aparan Bakı klubu Polşa təmsilçisi “İmpel”lə üz-üzə gəlib. Təəssüf ki, perspektivli gənclərlə təcrübəli voleybolçuların sintezini yaradan “Telekom” doğma azarkeşləri önündə məğlubiyyətə üzülüb.

 

Qonaqların qələbəsində ulduzların xüsusi rolu olub. Katarjina Skovronska, Milena Radeçka, Kristin Hildebrand, Karolina Kostaqrande kimi oyunçulardan təşkil olunan “İmpel” təcrübəsi hesabına matçın taleyini həll edib.

 

Düzdü, Zoran Qayiç bir neçə dəfə matçda dönüş yaratmağa yaxın olub. Amma heyət əsasən gənclərdən qurulduğundan serbiyalı mütəxəssis istəyini həyata keçirə bilməyib. İlk 2 hissədə məğlubiyyətdən sonra “Telekom” fərqi azalda da bilərdi. Lakin yenə rəqib təcrübəsi hesabına qələbə qazanıb. “İmpel” 20:24 hesabı ilə geri düşməsinə baxmayaraq, 26:24 hesabı ilə qalib gəlib və matçın hesabını müəyyənləşdirib – 3:0.  

 

Çempionlar Liqası

Qrup mərhələsi

I tur

 

29 oktyabr

E qrupu

“Telekom” (Azərbaycan) – “İmpel” (Polşa) - 0:3 (17:25; 12:25; 24:26)

Hakimlər: Viktor Kozlovski (Ukrayna), Roy Qoren (İsrail)

Bakı, “Sərhədçi” İdman Olimpiya Mərkəzi