10:17 29-10-2015
news_image
690
DİGƏR NÖVLƏR

Avropa Olimpiya Komitəsinin II Beynəlxalq Konfransına start verilib

Bu gün Avropa Olimpiya Komitəsinin II Beynəlxalq Konfransına start verilib. Apasport.az saytının məlumatına görə, bununla bağlı “Park İnn” otelində tədbir keçirilib.

 

“I Avropa Oyunları – Milli Olimpiya Akademiyaları üçün yeni çağırışdı” mövzusunda baş tutan seminara Almaniya, Estoniya, Ukrayna, Bolqarıstan, Türkiyə, Rumıniya, Çexiya kimi 20-dək ölkənin idman akademiyalarının rektor, professor və direktorları, həmçinin Beynəlxalq Olimpiya Akademiyasının direktoru Qanqas Dionisios qatılıb.

 

Konfransın keçirilməsində əsas məqsəd ictimaiyyətdə olimpiya ideyalarını təbliğ etmək, bunun insanın inkişafındakı rolunu bir daha diqqətə çatdırmaq və olimpiya hərəkatının dünyaya sülh və əmin-amanlıq gətirdiyini vurğulamaqdı.

 

3 gün davam edəcək konfrans zamanı “Müasir dünyada olimpiya idmanı”, “Şagirdlərin olimpiya təhsili idmanla məşğul olmaq üçün mühüm motivasiyadı”, “Azərbaycan və Beynəlxalq Olimpiya Akademiyaları arasında əlaqələrin möhkəmləndirilməsi” kimi mövzular müzakirə ediləcək.