18:55 29-10-2015
news_image
4071
TOP OYUNLARI

“Telekom”un ən yaxşısı - Yelizaveta Səmədova

Qadın voleybolçular arasında Çempionlar Liqasının I turu çərçivəsində keçirilən “Telekom” (Azərbaycan) – “İmpel” (Polşa) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 0:3 hesabı ilə başa çatan qarşılaşmanın ən yaxşı oyunçusu Kristin Hildebrand seçilib.

 

“İmpel”in hücumçusu 16 xal toplamaqla, qarşılaşmanın bombardiri də seçilib.

 

“Telekom”da ən məhsuldar voleybolçu isə Yelizaveta Səmədova olub. O, 9 xal toplayıb.

 

Zoran Qayiçin digər yetirmələrinə gəlincə, Xristina Ruseva 7, Kseniya İvanoviçlə Qabriela Koyeva hərəyə 6, Ana Priyeva (Kleger) 5, Marqarita Əzizova 4, Olena Həsənova ilə Lusi Mulsteynova isə hərəyə 1 xal yığıb.