09:22 30-10-2015
news_image
898
TOP OYUNLARI

Natalya Məmmədovadan 11 zərbə - FOTO

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin I turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Volero” Rusiya “Uraloçkası”nı qəbul edib.

 

Sürixdə baş tutan qarşılaşma İsveçrə çempionunun qələbəsi ilə yekunlaşıb – 3:0 (25:11; 25:18; 25:14). Məmmədova kapitan kimi çıxdığı matçda 11 xal toplayıb.