12:17 30-10-2015
news_image
8222
TOP OYUNLARI

Azərbaycan çempionatında yeni komanda - “Sıçrayış”

Kişi basketbolçular arasında Azərbaycan çempionatının başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 23-cü dəfə təşkil olunacaq ölkə birinciliyinə sabah start götürəcək.

 

Dairəvi sistemlə 2 dövrə keçiriləcək ilkin mərhələdə yenə 8 klub çıxış edəcək. Bunlardan “Sıçrayış” çempionatın debütantıdı.

 

Yarışın bu mərhələsi Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun idman zalında baş tutacaq. Burada pley-offçular (ilk 4 yeri tutan komanda) müəyyənləşdikdən sonra oyun meydanı dəyişəcək. Klublar mükafatçıların adına "The Club Port Baku"da aydınlıq gətirəcəklər.

 

Artıq I turun təqvimi də təsdiqlənib. Matçlar bir gün ərzində keçiriləcək. 

 

11:00. AzTOP - "Araz"

12:30. NTD - "Baku Oilers" 

14:00. BDU - "Bakı"

15:30. "Sıçrayış" - "Dərviş"