14:57 31-10-2015
news_image

Yığmamızın daha iki üzvü mübarizəni dayandırdı

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdoçular arasında “Böyük dəbilqə” yarışında növbəti görüşlər keçirilir. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan millisi də qüvvəsini sınayır.

 

“Böyük dəbilqə”yə 11 idmançı ilə qatılan komandamızın heyətində daha 2 cüdoçu tatami üzərinə çıxıb. Lakin onlar da ilk gündə uğursuzluq yaşayan 5 idmançımızın taleyini yaşayıb.

 

Kişilər

73 kq

Rüstəm Orucov yarışda 2 görüş keçirib. Özbəkistanlı Şarafoddin Baltaboyevi mübarizədən kənarlaşdıran təmsilçimiz ardınca belçikalı Dirk van Tikeltlə üz-üzə gəlib. Orucov rəqibi qarşısında aciz qalıb.

 

81 kq

Abdulhaq Rəsullu ilk qarşılaşmada uruqvaylı Alen Aprahamyanı məğlub edib. Lakin idmançımız rusiyalı Sirajudin Maqomedovla bacarmayıb.