16:37 31-10-2015
news_image
938
TOP OYUNLARI

Azərbaycan və Gürcüstana 9 vəsiqəyə 29 iddiaçı

2017-ci ildə Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, meydan sahibi olan 2 komanda, həmçinin Rusiya, Hollandiya, Serbiya, Türkiyə və Almaniyanın vəsiqə qazandığı final mərhələsindəki digər 9 yer uğrunda 29 komanda mübarizə aparacaq.

 

Onlardan 8-i 2016-cı il mayın 19-22-də 1-ci seçmə mərhələdə çıxış edəcək. Bu mərhələdə iki qrup qalibi və ən yaxşı 2-ci yer sahibi növbəti raunda adlayacaq.

 

1-ci mərhələ

1-ci qrup

Danimarka, İsveç, Estoniya, Lüksemburq

2-ci qrup

Monteneqro, Bosniya və Herseqovina, Litva, Norveç

 

Sentyabrın 15-18 və 22-25-də iki dövrədə baş tutan 2-ci seçmə mərhələ keçiriləcək. 21 komanda bu mərhələdən mübarizəyə başlayacaqsa, 3-ü əvvəlki raunddan gələcək. Burada 1-ci yer tutan 6 komanda final mərhələsinə yüksələcək.

 

2-ci mərhələ

A qrupu

İtaliya, Ukrayna, Avstriya, Latviya

B qrupu

Belçika, Fransa, İspaniya, 2-ci qrupun qalibi

C qrupu

Polşa, Macarıstan, Finlandiya, 1-ci qrupun qalibi

D qrupu

Xorvatiya, İsrail, Slovakiya, Portuqaliya

E qrupu

Bolqarıstan, Rumıniya, İsveçrə, 1-ci mərhələnin ən yaxşı qrup ikincisi

F qrupu

Çexiya, Belarus, Yunanıstan, Sloveniya

 

Qrup ikinciləri isə pley-off xarakterli 3-cü seçmə mərhələdə son 3 vəsiqənin sahibini müəyyənləşdirəcək. 2017-ci il mayın 16-17 və 20-21-də baş tutacaq matçlarda hansı qrup təmsilçilərinin görüşəcəyi də püşklə müəyyənləşib.

 

3-cü seçmə mərhələ

E2 – C2

F2 – D2

A2 – B2

 

 

Qeyd edək ki, Azərbaycanla Gürcüstanın ev sahibliyi edəcəyi final mərhələsində 16 komanda çıxış edəcək.