09:30 02-11-2015
news_image
2290
DİGƏR NÖVLƏR

Rio-de-Janeyro-2016-ya 22-ci lisenziya – TAM SİYAHI

Azərbaycan 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın aktivinə 22-ci lisenziyanı idman gimnastımız Oleq Stepko yazdırıb.

 

Avropa Oyunlarının 5 qat mükafatçısı bu uğura Qlazqoda keçirilən dünya çempionatında imza atıb. O, paralel qollar üzərində final hərəkətlərində 15,966 xal toplayaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Bu, həmçinin müstəqilliyimiz tariximizdə ilk medalımız olub.

 

Təmsilçimizlə yanaşı, Şudi Denq də üçüncü yeri tutub. Çin idmançısı Stepko ilə eyni nəticəni göstərdiyi üçün bürünc medala layiq görülüb. Paralel qollarda dünyanın ən güclüsü adına Xao Yu (Çin, 16,216) layiq görülüb. Gümüş medallar isə ukraynalı Oleq Vernyayevə (16,066) qismət olub.

 

Reqlamentə əsasən, mükafatçılar birbaşa Olimpiadada iştirak hüququ qazanıblar.

 

Qeyd edək ki, Stepkodan öncə bədii gimnastımız Marina Durunda, həmçinin Dmitri Marşin, Anna Skidan (hər ikisi atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mursəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Rio-2016-da iştirak hüququ qazanıb.