11:49 03-11-2015
news_image
682
DİGƏR NÖVLƏR

Qılıncoynadanlarımız Orleanda bürünc medal qazandılar

Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdə ölkəmizi "Neftçi İdman Klubu”nun sablyaçıları təmsil edib.

 

Səbinə Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət dördlük yarımfinala kimi uğurla irəliləyib. Belə ki, 1/4 finalda İngiltərənin “London” klubunu 45:31 hesabı ilə məğlub edən qılıncoynadanlarımız finala gedən yolda Polşanın “Varşava” ilə üz-üzə gəliblər. Lakin təmsilçimiz rəqibinə 40:45 hesabı ilə uduzub.

 

Nəticədə komandamız Fransanın “Metro” klubu ilə birgə bürünc medala yiyələnib.