17:17 03-11-2015
news_image
5742
TOP OYUNLARI

Azərbaycan çempionatına qatılacaq daha bir klubun adı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında oynayacaq klubların sayı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Super Liqa 1 illik fasilədən sonra yenidən 6 komanda ilə keçiriləcək.

 

Belə ki, “Telekom”, “Azərreyl”, “Azəryol”, “Lokomotiv” və “Tbilisi”nin (Gürcüstan, müsabiqədən kənar) oynayacağı dəqiq idisə, sonda onlara 1 kollektiv də qoşulub. Bu, Azərbaycanın gənclər yığmasıdı.

 

Voleybol Federasiyası bu komandanı çempionata qoşmaqla yeni nəslin təcrübəsini artırmaq və ölkəmizin Gürcüstanla birgə ev sahibliyi edəcəyi Avro-2017 öncəsi millidə rəqabəti gücləndirmək niyyətindədi.

 

Qeyd edək ki, Super Liqa gözlənilən kimi noyabrın 6-da başlayacaq. Ötən il isə analoji yarışda 5 klub mübarizə aparıb.