12:00 04-11-2015
news_image
1479
TOP OYUNLARI

Azərbaycanlı referi Çempionlar Liqasına dəvət aldı - FOTO

Beynəlxalq dərəcəli azərbaycanlı referi Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Alba” (Rumıniya) – “Pyaçentsa” (İtaliya) matçında ədaləti qoruyacaq.

 

Sibiu şəhərində təşkil olunacaq qarşılaşmada Zülfüqarov ikinci hakim funksiyasını yetirəcək. O, makedoniyalı əsas referi Nikola Miçevskiyə yardım edəcək.

 

Qeyd edək ki, “Alba” – “Pyaçentsa” oyunu noyabrın 11-nə təsadüf edəcək.