12:58 04-11-2015
news_image

Taekvondoçularımız üçün uğurlu reytinq

Ümumdünya Taekvondo Federasiyası Olimpiya reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Rio-2016-ya 9 ay qalmış açıqlanan siyahıda Azərbaycan millisinin 2 taekvondoçusu lisenziyanın bir addımlığındadı.

 

Belə ki, idmançılar qaydalara əsasən yarışlarda, xüsusilə də Qran-prilərdə topladıqları reytinq xalına görə Braziliyaya bilet sifariş vermək hüququna malikdi. Bunun üçün siyahıda ilk “16-lıq”da olmaq vacibdi.

 

Noyabr üçün açıqlanan cədvəldə bir neçə Azərbaycan taekvondoçusu yer alsa da, onlardan Radik İsayevlə (+80 kq) Fəridə Əzizova (67 kq) daha şanslıdı. Təmsilçilərimiz müvafiq olaraq, 3-cü və 12-ci pillədədi. Onlar digər lisenziya yarışlarında uğur qazanmayacaqları halda belə, reytinq cədvəli sayəsində bu istəklərini rəsmiləşdirə biləcəklər.