09:40 05-11-2015
news_image
782
TOP OYUNLARI

“İlk oyunda uduzsaq da, cavab matçında qalib gəlmək üçün hər şeyi edəcəyik” - FOTO

“İlk oyunda uduzsaq da, cavab matçında qalib gəlmək üçün hər şeyi edəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov deyib.

 

Təcrübəli mütəxəssis CEV kubokunda inamlı çıxışa ümid edir. O bildirib ki, 1/16 final mərhələsinin ilk qarşılaşmasında 0:3 hesabı ilə uduzmalarına baxmayaraq, Bakıda keçiriləcək cavab matçında revanş almaq gücündədilər: “Evdəki oyun bizim üçün daha vacibdi. Çünki Bakıdakı qarşılaşmada xeyli azarkeşlərimiz bizi izləyir. Onların qarşısında oynayırıq. “Tarqovitse” ilə oyun öncə yüksək əhval-ruhiyyədəyik. Cavab matçına qədər Super Liqaya da start veriləcək. Bu da xeyrimizə olan amildi. Çempionat oyununda çatışmazlıqları görüb, onları aradan qaldıra biləcəyik”.

 

Qeyd edək ki, noyabrın 6-da, Azərbaycan çempionatının I turu çərçivəsində “Azərreyl”lə oynayacaq “Azəryol” ayın 11-də Rumıniyanın “Tarqovitse” klubu ilə üz-üzə gələcək.