13:21 06-11-2015
news_image
1085
STOLÜSTÜ OYUNLAR

Şahmatçımız dünya çempionu oldu - FOTO

Yunanıstanda yeniyetmələr və daha aşağı yaş qrupu üzrə keçirilən dünya birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundiala geniş heyətlə qatılan Azərbaycan millisi vətənə uğurla qayıdır.

 

Belə ki, komandamızın heyətində Məhəmməd Muradlı yarışın çempionu adına layiq görülüb. 2121 reytinq xalına malik olan həmyerlimiz 14 yaşadək şahmatçılar arasında mübarizədə 11 turdan 9 xal toplamaqla, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ikinci və üçüncü pillədə müvafiq olaraq qərarlaşan Sarin Nihal (Hindistan) və David Penqi (ABŞ) əlavə göstəricilərə görə üstələyib.

 

Əlavə göstəricilər Muradlının xeyrinə olduğu halda, Aydın Süleymanlının (U-10) xeyrinə işləməyib. 11 matçda 8,5 xal yığan şahmatçımız bürünc medalı məhz bu səbəbə görə əldən verib və 5-ci yeri tutub.

 

Qeyd edək ki, Azərbaycan 1 qızıl medal qazanan 8 ölkədən biri olub. Ümumilikdə isə 17 yığmanın üzvü mükafat sevinci yaşayıb.