15:37 07-11-2015
news_image
937
TOP OYUNLARI

Azərbaycan çempionu üçün polşalı hakimlər

Qadın həndbolçular arasında “Çelenc Cup”ın III mərhələsinə təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, avrokuboklardakı yeganə Azərbaycan təmsilçisi ABU-nun qarşılaşmalarını idarə edəcək hakimlər də müəyyənləşib.

 

Təmsilçimizin Hollandiya “Şuler”i ilə noyabrın 20-də keçiriləcək oyununda polşalılar Coana Brehmer əsas, Aqneşka Skovronek köməkçi hakim olacaq. Ertəsi baş tutacaq cavab oyununu da eyni hakimlər idarə edəcək. Hər iki qarşılaşmanın EHF nümayəndəsi almaniyalı Komin Vilis olacaq.

 

Qeyd edək ki, qarşılıqlı razılığa əsasən hər iki oyun Hollandiyada keçiriləcək. Lakin ilk oyunda nominal meydan sahibi ABU olacaq.