10:48 09-11-2015
news_image
605
DİGƏR NÖVLƏR

Avropa çempionatında debüt – 6-cı yer

Portuqaliyanın Elvas şəhərində aerobikaçılar arasında keçirilən Avropa çempionatına yekun vurulub. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın ilk dəfə qatıldığı yarışda ən yaxşı nəticəmiz 6-cı yer olub.

 

Belə ki, təmsilçilərimizdən mübarizəyə birinci Vladimir Dolmatov qoşulub. Kişilərin fərdi yarışlarında çıxış edən idmançımız 20,150 xal toplamaqla, 20 iştirakçı arasında 13-ü yeri tutub.

 

Daha sonra isə yarışlara Aynur Cabbarlı, Vladimir Dolmatov, Vera Bosıx, Elçin Məmmədov və Timur Ələkbərovdan ibarət qrup qatılıb. Təsnifat mərhələsini uğurla başa vurub, finala vəsiqə qazanan komandamız yekunda 6-cı yerdə qərarlaşıb. Hakimlər təmsilçilərimizin çıxışlarını 19,269 xalla qiymətləndiriblər.

 

Qeyd edək ki, ölkəmizdə aerobika növünün inkişafına 2013-cü ildə start verilib. Həmin vaxt yeni yaradılan qrup komandamız Bakı-2015-də 10-cü olmuşdu (17.383).