09:27 12-11-2015
news_image
802
TOP OYUNLARI

“Azəryol”un rəqibi dəqiqləşdi – “Salo”

“Azəryol”un CEV kubokunun 1/8 final mərhələsindəki rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, Rumıniyanın “Tarqovitse” klubunu mübarizədən kənarlaşdıran Bakı təmsilçisi ikinci cəhdində Finlandiya “Salo”su ilə münasibətinə aydınlıq gətirəcək.

 

Aleksandr Çervyakovun komandası dekabrın 8-10-da səfərdə, 15-17-də Bakıda oynayacaq.

 

Qeyd edək ki, “Salo” 1/16 final mərhələsində İsrailin “Hayfa” klubundan güclü olub. Evdə 3:0 hesabı ilə qalib gələn rəqibimiz səfərdə də eyni hesabla qələbə qazanıb.