20:40 14-11-2015
news_image

Cüdoçularımızdan daha bir medal - FOTOSESSİYA

Slovakiyanın paytaxtı Bratislavada gənclər arasında cüdo üzrə Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, yarışların ikinci günündə Azərbaycan idmançıları daha bir medal qazanıblar.

 

73 kiloqramda mübarizə aparan Hidayət Heydərov birinciliyin bürünc medalını qazanıb.

 

Bununla da Slovakiyada qazandığımız medalların sayı 3-ə çatıb. Qeyd edək ki, dünən, çempionatın açılış günündə daha iki cüdoçumuz fəxri kürsüyə yüksəlməyi bacarmışdı.

 

Davud Məmmədov gümüş, Telman Vəliyev isə bürünc medal qazanıb.