16:32 15-11-2015
news_image

“Qəbələ”nin üzvü dünya ikincisi oldu

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının samboçusu Amil Qasımov növbəti uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, o, Mərakeşin Kasablanka şəhərində keçirilən sambo üzrə dünya çempionatında gümüş mükafata yiyələnib.

 

Qasımov yarışın ikinci günündə fərqlənib. 74 kq çəki dərəcəsində çıxış edən samboçumuz finala qədər bütün rəqiblərinə qalib gələrək, həlledici qarşılaşmada qüvvəsini sınamaq imkanı qazanıb. Finalda idmançımızın rəqibi rusiyalı Əzəmət Sidakov olub. Mərakeşdə yeganə məğlubiyyətini finalda alan Qasımov fəxri kürsünün 2-ci pilləsinə yüksələrək, dünya çempionatını gümüş medalla başa vurub.