10:03 16-11-2015
news_image
731
DİGƏR NÖVLƏR

Yığmamız dünya çempionatından 3 medalla qayıdır

Mərakeşin Kasablanka şəhərində keçirilən sambo üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundialın son günü Azərbaycan millisi daha bir gümüş medal qazanıb.

 

Yığmamızın üzvlərindən Cavidan Qarayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. 62 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finalda İvan Aniskeviçə (Belarus) uduzub.

 

Bununla da mundialdakı medallarımızın sayı 3-ə çatıb. Qarayevdən öncə Amil Qasımov (74 kq)  və Emil Həsənov (68 kq) gümüş medal qazanıblar.