12:01 16-11-2015
news_image
5117
DİGƏR NÖVLƏR

Peter Zayzenbaher zərif cüdoçulardan imtina etdi

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Peter Zayzenbaher noyabrın 20-22-də Çinin Qinqdao şəhərində keçiriləcək Qran-pri turnirində 11 idmançını sınaqdan çıxaracaq.

 

Avstriyalı mütəxəssis Asiyada əsasən aparıcı cüdoçulara güvənəcək. Belə ki, yarışda Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans veriləcək.

 

Zayzenbaher gəlişindən sonra bütün yarışlardan qadın cüdoçularımıza şans versə də, bu dəfə Çinə xanımlarsız yollanmağı qərara alıb.

 

Qeyd edək ki, yarışa 66 ölkədən 422 (270 kişi, 152 qadın) cüdoçu qatılacaq.