12:01 17-11-2015
news_image
1266
TOP OYUNLARI

Çempionlar Liqasının formatı dəyişir

Voleybol üzrə Çempionlar Liqasının formatı dəyişdirilə bilər. Apasport.az saytının məlumatına görə, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç açıqlayıb.

 

CEV-ə yeni rəhbər seçilən serbiyalı funksioner bildirib ki, indiyədək birbaşa qrup mərhələsindən başlayan yarışın formatında yenilik edilməsi zəruridi: “Çempionlar Liqasında təsnifat mərhələsinin tətbiq olunmasını istəyirik. Ortabab milli çempionatlara malik ölkələr üçün bu vacibdi. Məsələn, Makedoniya kimi ölkələr üçün təsnifatda oynamaq yaxşı olardı. Orada voleybolu çox sevirlər, amma büdcə ilə bağlı daimi problemləri var. Makedoniyalıların təsnifat tipli yarış təşkil etmək üçün böyük arzuları da var. Çempionlar Liqasındakı bir oyun onlara daxili arenadakı bütün mövsümdən çox qazanc gətirər”.

 

Boriçiç bildirib ki, qitənin ən nüfuzlu klub turnirində mükafat fondunun da artırılması nəzərdə tutulub: “Biz bu bəradə düşünürük. Lakin bunun üçün müəyyən şərait olmalıdı. Hazırda CEV-in sponsorları yoxdu. Marketinqə cavabdeh əməkdaşlarımızla birgə bu məsələlərin həlli yollarını axtarırıq. Pul bunu voleybola qoymalıyıq”.

 

Qeyd edək ki, Azərbaycan son mövsümlərdə Çempionlar Liqasında 2 və ya 3 klubla təmsil olunur. Təsnifat mərhələsinin tətbiqi komandalarımıza da təsir edə bilər.