09:40 18-11-2015
news_image
849
STOLÜSTÜ OYUNLAR

Yığmalarımızdan fərqli nəticələr

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında növbəti oyunlar baş tutub. Apasport.az saytının məlumatına görə, yarışın V turunda Azərbaycan milliləri fərqli nəticələr göstəriblər.

 

Rusiya yığması ilə qarşılaşan Aleksandr Halifmanın yetirmələri heç-heçə oynayıblar. Komandamızın heyətində bütün şahmatçılar “sülh”ə razılaşıblar.

 

Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət millimiz isə inamlı qələbə qazanıb. Komandamız Danimarkanı 4:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, çempionatda bu gün istirahət olacaq. Sabah kişilərdən ibarət millimiz Hollandiya, qadınlardan ibarət yığmamız Polşa ilə üz-üzə gələcək.

 

V tur

AZƏRBAYCAN - RUSİYA - 2:2
Pyotr Svidler (2745) - Şəhriyar Məmmədyarov (2743) - 0,5:0,5
Aleksandr Qrişuk (2750) - Teymur Rəcəbov (2739) - 0,5:0,5
Yan Nepomnyaşi (2705) - Arkadi Naydiç (2689) - 0,5:0,5
Dmitri Yakovenko (2735) - Eltac Səfərli (2657) - 0,5:0,5

Turnir cədvəli:  1. Rusiya - 9 xal, 2-4. Ukrayna, Fransa, Gürcüstan - 8, 5. Azərbaycan - 7.

 

DANİMARKA - AZƏRBAYCAN - 0:4
Nina Noyberq (2200) – Zeynəb Məmmədyarova (2235) - 0:1
Sandra de Blekurt (2141) - Gülnar Məmmədova (2303) - 0:1
Esmat Kuindi (2057) - Xəyala Abdulla (2283) - 0:1
Tomin Stolberq-Rohr (1985) - Ülviyyə Fətəliyeva (2294) - 0:1

 

Turnir cədvəli: 1. Rusiya – 10; 2-3. Ukrayna, Gürcüstan – 8... 11. Azərbaycan - 6.