19:43 18-11-2015
news_image

Boksçularımız ruslara gücünü göstərdi - FOTOSESSİYA

Bu gün Azərbaycan Boks Federasiyasında Moskva günləri çərçivəsində Moskva və Bakı şəhərlərinin boks üzrə yeniyetmə idman komandaları arasında yoldaşlıq görüşü keçirilib. Federasiyadan apasport.az saytına verilən məlumata görə, hər iki ölkənin idmançıları 7 çəki dərəcəsində qüvvələrini sınayıblar.

 

Yoldaşlıq görüşündə 48 kq çəki dərəcəsində Fərid Səfərli – Vadim Yuşin, 50 kq-da Əflatun Babayev – Aleksandr Muşikov, 52 kq çəkidə Elşən Cəbiyev – Anatoli İonov, 54 kq çəki dərəcəsində Vüqar Məmmədli – Vitaliy Boytsov, 57 kq-da Səbuhi Abışov – Qlev Zverev, 59 kq çəkidə Rüfət Nəbiyev – Hacımurad Buriyev və 65 kq çəki dərəcəsində Nəcəb Niftəliyev – Deni Axmatov qarşılaşmaları keçirilib.

 

Yarış Azərbaycan boksçularının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.