14:59 19-11-2015
news_image
530
DİGƏR NÖVLƏR

Azərbaycanda ilk dəfə Kartinq Akademiyası açılacaq

Azərbaycanda ilk dəfə Kartinq Akademiyası açılacaq. Bu barədə apasport.az saytına “Gəncland” Mərkəzinin sədri Samir Hacıyev məlumat verib.

 

O bildirib ki, ölkəmizdə kartinqə olan marağın artmasıyla əlaqədar bu cür akademiyaya böyük ehtiyac var: “Hazırda rəhbəri olduğum “Gəncland” Mərkəzində İtaliya istehsalı olan kart sport bolletlərdən ibarət 300 metr trassaya malik kartinq meydançasının yaradılması planlaşdırılır. Bir qədər əvvəl İtaliyanın Bolonya şəhərində yerli distributorla razılaşmaya əsasən, burada kartinq akademiyasının və 8 yaşdan başlayaraq uşaq və gənclərin təlim kursları nəzərdə tutulub”.

 

Hacıyevin dediyinə görə, hazırda kartinqlə bağlı İtaliya şirkətiylə razılaşma əldə olunub: “Biznes plana əsasən, ilk olaraq bizdən bir neçə işçi İtaliyada treninq keçməli, ondan sonra isə hər 3 aydan bir 14 gün müddətində italiyalı mütəxəssisi tərəfindən parkımızda seminarlar və təlim-məşqlər təşkil ediləcək”.