17:01 19-11-2015
news_image
808
TOP OYUNLARI

Sofiya – Bakı – Sofiya - FOTO

“Azərreyl”in (hazırkı “Azəryol”) sabiq bolqarıstanlı voleybolçusu Nasya Dimitrova özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı blokçu karyerasını vətənində davam etdirəcək.

 

Belə ki, 2014/2015 mövsümündə Bakı təmsilçisinin şərəfini qoruyan Nasya yenidən “Levski” ilə razılığa gəlib. Artıq komanda ilə 1 illik rəsmi müqaviləyə imza atan blokçu çempionat oyununa da çıxıb.

 

Qeyd edək ki, Dimitrova “Azərreyl”ə də məhz Sofiya klubundan transfer olunmuşdu. O Super Liqada özünü yaxşı tərəfdən göstərsə də, komandası uğur qazana bilməmişdi.