17:26 19-11-2015
news_image

Azərbaycan boksçusu fəxri kürsünün ən yüksək pilləsində

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında keçirilən "Balkan Cup" başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi 1 qızıl medal qazanıb.

 

London Olimpiadasının iştirakçısı Yelena Vıstropova 69 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz yarımfinalda Kanada təmsilçisini, finalda isə ispaniyalı Mirriam Qutyerrez Parranı məğlub edib.

 

Qeyd edək ki, “Balkan Cup”da İngiltərə, Fransa, İtaliya, Ukrayna, Bolqarıstan, Vyetnam, Kanada, Avstraliya, Yaponiya, Mərakeş, Əlcəzair kimi ölkələrin təmsilçiləri mübarizə aparıblar.