19:42 19-11-2015
news_image
1277
DÖYÜŞ NÖVLƏRİ

Cüdo üzrə Azərbaycan yığması Qran-pri yarışlarında iştirak edəcək

Noyabrın 20-də Çinin Qingdao şəhərində cüdo üzrə Qran-pri yarışları start götürəcək. Apasport.az saytının Azərbaycan Cüdo Federasiyasına istinadən məlumatına görə, turnirdə mübarizə aparacaq Azərbaycan cüdoçularının ilk rəqibləri artıq bəlli olub.

 

Belə ki, Orxan Səfərov (60 kq) Ernan Birbrier (Argentina) - Yu Şanq (Çin) cütünün qalibi, İlqar Müşkiyev (60 kq) Yanislav Qerçev (Bolqarıstan), Nicat Şıxəlizadə (66 kq) Sergey Lim (Qazaxıstan) - Barqetel Batçeçeq (Monqolustan) cütünün qalibi, Rüstəm Orucov (73 kq) Kioşi Uemaçu (İspaniya), Əbdülhəqq Rəsullu (81 kq) Şahzod Sobirov (Özbəkistan), Hüseyn Rəhimli (81 kq) Xyu-Yunq Li (Koreya Respublikası), Məhəmmədəli Mehdiyev (90 kq) Aaron Hildebrand (Almaniya), Ramin Qurbanov (90 kq) Timur Bolat (Qazaxıstan) - Ksyun Jao Çenq (Çin) cütünün qalibi, Elmar Qasımov (100 kq) Ryutaro Qoto (Yaponiya), Elxan Məmmədov (100 kq) Mikloş Çirjeniç (Macarıstan) - Hektor Kampos (Argentina) cütünün qalibi, Uşanqi Kokauri (100 kq-dan yuxarı) isə Maqomed Najmudinov (Rusiya) ilə qarşılaşacaq.

 

Noyabrın 22-də yekun vurulacaq turnirə 66 ölkədən 422 cüdoçu qatılacaq. Onların 270-i kişi, 152-si isə qadın atletdir.