15:29 20-11-2015
news_image
542
DİGƏR NÖVLƏR

Suraxanı məktəblilərinin yarışı keçirilib - FOTOSESSİYA

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə, Hövsan Olimpiya İdman Kompleksində Suraxanı rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 30 komanda iştirak edib.

 

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 270 saylı orta məktəbin komandası layiq görülüb. 279 və 280 saylı məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

 

Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da analoji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər.