18:16 20-11-2015
news_image
645
TOP OYUNLARI

Rəqibimizdən darmadağın

Qadın voleybolçular arasında Rusiya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələsinin I qrupunun ilk turunda Çempionlar Liqasında “Azərreyl” və “Azəryol”un rəqibi olan Kazan “Dinamo”su “Metar”la qarşılaşıb.

 

Görüş Rişat Gilyazutdinovun yetirmələrinin qələbəsi ilə yekunlaşıb. “Dinamo” rəqibinə “quru hesabla” qalib gəlib - 3:0 (25:18, 25:16, 25:11).

 

Qeyd edək ki, “Lokomotiv”ə 3:1 hesabı ilə qalib gələn kazanlılar noyabrın 26-da “Azərreyl”lə oynayacaqlar.