10:00 21-11-2015
news_image
7202
TOP OYUNLARI

Azərbaycan klubu avrokuboklara məğlubiyyətlə başladı

Qadın həndbolçular arasında “Çelenc Cup” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

 

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi ABU mövsümün ilk sınağına çıxıb. Bakı klubu Hollandiyanın “Şuler” komandası ilə qarşılaşıb.

 

Qarşılıqlı razılığa əsasən hər iki oyun “Zanbaqlar ölkəsi”ndə baş tutduğundan ilk görüşün nominal meydan sahibi bakılılar olub. Təmsilçimiz ilk yarısında 7:14 hesabı ilə uduzduğu matçın fasiləsindən sonra da dönüş yarada bilməyib. Yekunda 19:27 hesabı ilə uduzan ABU 1/8 final şanslarını çətinə salıb.

 

Qeyd edək ki, ABU və “Şuler” arasında Hollandiyada baş tutacaq cavab oyunu bu gün baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

“Çelemc Cup”, qadınlar

1/16 final, ilk oyunlar

20 noyabr

ABU (Azərbaycan) - “Şuler” (Hollandiya) – 19:27