13:35 21-11-2015
news_image
426
TOP OYUNLARI

“Kiçik üstünlük onları daha da həvəsləndirəcək”

“ABU ilə oyunda böyük fərqlə qalib gəlsək də, komandadan tam razı qalmadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Şuler” klubunun baş məşqçisi Rob Fleqe deyib.

 

O, qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin Azərbaycan çempionu ABU ilə ilk oyunu barədə fikirlərini açıqlayıb: “Həqiqətən də yaxşı oynadıq. Amma yalnız ilk hissədə. Fasilədən sonra çox sadə qollar buraxdıq. İradımı oyunçularıma da dedim. Rəqib 2 və ya 4 top fərqi ilə önə keçə bilsə, işimiz çətin olacaq. Çünki kiçik üstünlük onları daha da həvəsləndirəcək və irəli atılacaqlar. Bu üzdən də hər şey mümkündü. Biz isə mümkün qədər ehtiyatlı olub, onların qarşısını almalıyıq”.

 

Qeyd edək ki, Hollandiya klubu ilk matçda 27:19 hesabı ilə qalib gəlib.