00:30 22-11-2015
news_image
2003
DÖYÜŞ NÖVLƏRİ

“Bir balaca səhv etdim, ona görə də məğlub oldum” – Rüstəm Orucov

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışlarının ikinci günündə Rüstəm Orucov yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb. Apasport.az saytının məlumatına görə, idmançımız keçirdiyi görüşlər haqqında fikirlərini bölüşüb:

 

“Çox güclü yarış keçdi. Bildiyiniz kimi olimpiadaya 300 xal verirdi. Rəqiblərin hamısı ciddi hazırlaşıb gəlmişdilər. Təşkilatçılıqdan da çox razı qaldım, hər şey yüksək səviyyədə idi”.

 

Orucov finalda məğlub olmasını belə izah edib: “Qızıla çox yaxın idim, bir balaca səhvim oldu və ona görə məğlub oldum. Baş məşqçim yaxından güləşməmək tapşırığı vermişdi, amma bir anlıq boşaldım, rəqibi yaxına buraxdım və ona görə də qızıl medal götürə bilmədim”.

 

Cüdoçumuz növbəti yarışa da ciddi hazırlaşdığını qeyd edib: “Koreya Qran-Prisi üçün çəkimi stabil saxlamağa çalışıram. Bir həftə sonra yarışdı və orda da Allahın köməkliyi ilə uğur qazanacağıma inanıram”.