21:36 22-11-2015
news_image

Azərbaycan ən çox medal qazanan ölkə oldu - FOTO

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda cüdo üzrə Azərbaycan milli komandasının çıxışı uğurlu alınıb.

 

Yığmamız inamla mübarizə apararaq Qran-Prini 6 medalla başa vurublar.

 

Cüdoçularımız İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) gümüş medal, Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq) və Elxan Məmmədov (100 kq) isə Qpan-Prinin bürünc medalına sahib olublar.

 

Bu göstərici ilə Azərbaycan Çin Qran-Prisində kişilər arasında ən çox medal qazanan ölkə olub.