09:38 23-11-2015
news_image
1010
TOP OYUNLARI

Azərbaycan klubunu avrokubokdan kənarlaşdırdılar

Qadın həndbolçular arasında “Çelenc Cup” turnirində 1/16 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi ABU 1/8 finala gedən yolda büdrəyib.

 

Qarşılıqlı razılığa əsasən Hollandiyanın “Şuler” komandası ilə hər iki oyun “Zanbaqlar ölkəsi”ndə baş tutub. İlk görüşdə 19:27 hesabı ilə uduzan həndbolçularımız ikinci matçda da eyni aqibəti yaşayıb. Belə ki, ABU fasiləyə heç-heçə (12:12) ilə yollansa da, yekunda məğlubiyyətdən qaça bilməyib. Nəticədə hər 2 matçda qələbə qazanan “Şuler” mərhələ adlayıb. ABU isə vaxtından əvvəl görüşlə vidalaşıb.

 

Qeyd edək ki, komandamız mübarizəni dayandırsa da, cavab oyununda millimizin üzvü İranə Qasımova bombardir olub. O, hollandları 8 dəfə cəzalandırıb.

 

 

“Çelenc Cup”, qadınlar

1/16 final, ikinci oyun

21 noyabr

“Şuler” (Hollandiya) – ABU (Azərbaycan) – 29:22 (12:12)

 

20 noyabr

ABU (Azərbaycan) - “Şuler” (Hollandiya) – 19:27