16:10 24-11-2015
news_image
1052
TOP OYUNLARI

Bakı klubları avrokubokda bir-birinə kömək edə biləcəkmi?

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları yarışda 3-cü oyunlarına sabahdan çıxmağa başlayacaqlar.

 

Bakı klublarından ilk olaraq meydana “Lokomotiv” çıxacaq. Bakıda Almaniya Bundesliqasının gümüş medalçısı “Ştutqart”ı qəbul edəcək “dəmiryolçular”ın ciddi çətinlik çəkmədən qalib gələcəyi gözlənilir. “Azərreyl”in də məğlub etdiyi almanların paytaxtımızdan yenə əliboş gedəcəyi proqnozlaşdırılır. Qələbə “Lokomotiv”in pley-off arzusunu bir qədər də yaxınlaşdıracaq. Onlar hətta qrup liderliyini ələ keçirə də bilərlər.

 

Təbii ki, bu, qrupun digər matçı – “Dinamo” ilə “Azərreyl”ın oyunundan da asılı olacaq. Düzdü, Kazanda meydana çıxacaq Bülənt Karslıoğlunun yetirmələri üçün qarşılaşmanın heç də asan keçəcəyi özlənilmir. Çünki son həftələr işləri yaxşı getməyən “dəmiryolçular”ın bu matçda qələbə qazanması bir qədər çətin olacaq. Lakin “Azərreyl” qalib gəlməklə, “qara zolaq”dan çıxa bilər. Hətta 3 xal onların özlərini birinci yerin sahibinə çevirəcək. Amma məğlub olub, xal qazansalar, “Lokomotiv” 2 set uduzmasa rusları zirvədən salıb, taxtı Bakı klubuna verəcəklər.

 

Azərbaycanın “Telekom” klubu isə Almaniya Bundesliqasının qalibi “Drezdner”in qonağı olacaq. Komandamızın səfərdən qələbə ilə dönməsi mümkündü. Gündən-günə oyununu yaxşılaşdıran Zoran Qayiçin yetirmələri Türkiyədə “Fənərbaxça”ya qarşı olduğu kimi mübarizə aparsalar, ən azı yenə 1 xalla dönəcəklər. Qələbə isə klubumuzu son pillədən xilas edəcək.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi

III tur

A qrupu

25 noyabr

18:00. “Lokomotiv” (Azərbaycan) - “Ştutqart” (Almaniya)

Hakimlər: Nurper Özbar (Türkiyə), Viktor Kozlovski (Ukrayna)

Bakı, “Azərreyl” İdman Bazası

 

26 noyabr

17:00. “Dinamo” (Kazan, Rusiya) - “Azərreyl” (Azərbaycan)

Hakimlər: Aleksandr Pyasetski (Belarus), Yura Mokri (Slovakiya)

Kazan, Sankt-Peterburq Sarayı

 

 

1

Dinamo

2

2

0

6-1

173-149

6

2

Azərreyl

2

1

1

4-3

156-156

3

3

Lokomotiv

2

1

1

4-4

187-179

3

4

Ştutqart

2

0

2

0-6

118-150

0

 

25 noyabr

E qrupu

22:00. “Dresdner” (Almaniya) - “Telekom” (Azərbaycan)

Hakimlər: Omero Satanassi (İtaliya), Arturo Di Giakomo (Belçika)

Drezden, Marqon Arena

 

1

Fənərbaxça

2

2

0

6-3

203-167

5

2

İmpel

2

1

1

5-3

178-165

4

3

Dresdner

2

1

1

4-5

190-197

2

4

Telekom

2

0

2

2-6

142-184

1