17:18 25-11-2015
news_image
5671
STOLÜSTÜ OYUNLAR

"Siz ağıllı xalqsınız, ona görə də şahmata dəstək verirsiniz" - EKSKLÜZİV

“Mən hələ də şahmatla məşğul oluram”. Bunu apasport.az saytına eksklüziv açıqlamasında Latviyanın iqtisadiyyat naziri Dana Reyznetsa-Ozola deyib.

 

Ölkəsinin şahmat yığmasının şərəfini qoruyan 34 yaşlı qrossmeyster az öncə İslandiyanın paytaxtı Reykyavikdə keçirilən komandalararası Avropa çempionatında Azərbaycan millisi ilə qarşılaşmadan danışıb. III tura təsadüf edən qarşılaşmada 2209 reytinq xalına malik Reyznetsa-Ozola  Zeynəb Məmmədyarova (2235) üzərində qələbə qazanıb.

 

Nazirin sözlərinə görə, Azərbaycan millisini 2,5:1,5 hesabı ilə məğlub etmələrinə baxmayaraq, yekunda komandamızı qabaqlaya bilməyiblər: "Srağagün İslandiyada keçirilən komandalararası yarışdan qayıtmışam. Mən birinci lövhədə oynayırdım. Bizim qadın millisi 18-ci, Azərbaycan isə 16-cı yeri tutdu. Amma, öz aramızda keçirilən oyunda sizin yığmanı məğlub etdik”.

 

Sadəliyi ilə seçilən xanım şahmatçı onu da deyib ki, gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirakı səbirsizliklə gözləyir: “Siz ağıllı xalqsınız. Ona görə də şahmata dəstək verirsiniz”.

 

Mahir Məmmədli