09:25 26-11-2015
news_image
545
TOP OYUNLARI

“Telekom”un kapitanından 19 zərbə

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Telekom” (Azərbaycan) – “Dresdner” (Almaniya) matçının ən yaxşılarının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bundesliqanın qalibinin 3:0 hesabı ilə qalib gəldiyi görüşün bombardiri adını Miçelle Bartş qazanıb.

 

O, komandasına  21 dəqiq zərbə ilə kömək edib.

 

“Telekom”un heyətində isə Ana Piriyeva (Kleger) ən çox xal toplayıb. Kapitan rəqibdən 19 xal almağı bacarıb. Zoran Qayiçin digər yetirmələrindən Kseniya İvanoviç 9, Yelizaveta Səmədova 8, Qabriela Koyeva ilə Marqarita Əzizova hərəyə 4, Xristina Ruseva isə 3 xal yığıb.