14:36 26-11-2015
news_image
1068
DÖYÜŞ NÖVLƏRİ

Orxan Səfərov fəxri kürsüdə, Nicat Şıxəlizadə zədələndi

Cənubi Koreyanın Jeju şəhərində cüdo üzrə keçirilən Qran-pri yarışının ilk günü Azərbaycan üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Orxan Səfərovun turnirin bürünc medalını qazanıb.

 

60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Qran-priyə Tayvan təmsilçisi Yunq Vey Yanq və ispaniyalı Fransisko Harriqosa üzərində qələbə ilə başlayıb. Səfərov daha sonra komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Müşkiyev isə buna qədər Belçika cüdoçusu Senne Uins və Valide Hyarı mübarizədən kənarlaşdırıb. Həmyerlilərimizin duelindən Səfərov qalib ayrılıb. Yarımfinalda monqol təmsilçisi Boldbatar Hanbata uduzan idmançımız bürünc medal uğrunda döyüşdə Venesuela təmsilçisi Havyer Quedsə qalib gəlib.

 

Mükiyev isə təsəlliverici görüşdə Braziliya cüdoçusu Erik Takabataka məğlub olub.

 

66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə mübarizəyə ikinci mərhələdən qoşub. O, ilk cəhdində Belçika idmançısı Kennet van Qensbeki məğlub edib. Şıxəlizadə daha sonra macarıstanlı Bens Zamboriyə qalib gəlib. 1/4 finalda Qazaxıstan təmsilçisi Azamat Mukanova qarşı görüşdə Şıxəlizadə rəqibindən üstün olsa da, ciddi zədələnib. Görüşü zədəli olaraq davam etdirən Nicat yarımfinala çıxa bilməyib. Buna görə də, cüdoçumuz təsəlliverici görüşdə də qatılmayıb.