13:16 28-11-2015
news_image
7699
TOP OYUNLARI

İlk dövrə bitməmiş, ikinci dövrəyə start

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında avrokuboklar səbəbindən yaranan fasilə noyabrın 30-da başa çatacaq. Apasport.az saytının məlumatına görə, çempionatda 9 günlük fasilənin ardından birbaşa II dövrəyə start veriləcək.

 

Bu, Gürcüstanın “Tbilisi” və gənclərdən qurulan “Gənclik” klubumuzun oyunlarını ardıcıl keçirə bilməməsi ilə əlaqədardı. I dövrənin matçlarının qalmasına baxmayaraq, ölkəmizi beynəlxalq arenada təmsil edən komandalar vaxtında bir-biri ilə üz-üzə gəlirlər.

 

Fasilənin ardınca start götürəcək VI tur prinsipiallığı ilə fərqlənəcək. Günün ilk qarşılaşmasında “Telekom” “Lokomotiv”i sınağa çəkəcək. Çempionlar Liqasında mübarizə aparan komandaların duelinin tay-brekə kimi davam etməsi istisna deyil. Çünki gənclərlə təcrübəlilərin sintezindən qurulan “Telekom” ilk matçındakı uğurunu təkrarlamağa, ən pis halda 2 xal qazanmağa can atacaq. Bununla yanaşı, Zoran Qayiçin yetirmələri qalib gələcəkləri halda vahid liderə də çevriləcəklər.

 

Lakin hazırda ən bahalı voleybolçuların cəmləşdiyi “Lokomotiv” də rəqibindən revanş almaq arzusundadı. Onlar həmçinin rəqibinə xal verməməklə, ilk turdakı məğlubiyyətin təsadüfi olduğunu sübuta yetirməyi hədəfləyiblər.

 

Günün digər matçında “Azərreyl”lə “Azəryol” münasibətinə aydınlıq gətirəcək. Əvvəllər “bacı” olan, hazırda prinsipial rəqibə çevrilən klubların görüşündə hər 2 komanda qələbə qazanmağa iddialıdı. Aleksandr Çervyakovun yetirmələri qalib gələrsə, ən azı 3-cü pilləni ələ keçirəcək. Onlar bunu bacararlarsa, I dövrədəki qələbələrinin də sensasiya olmadığını sübut edəcəklər.

 

“Azərreyl” isə bu matça ikiqat revanş arzusu ilə çıxacaq. Bülənt Karslıoğlunun komandası ikinci görüşdə “Azəryol”a gücünü göstərməklə, 2 gün öncə Çempionlar Liqasındakı “Dinamo”ya məğlubiyyəti sığortalamaq istəyindədi. Əgər onlar növbəti dəfə xal itirərlərsə, liderlər qrupundan ayrılacaqlar. İtirilən xallar isə son mövsümdəki kimi, “Azərreyl”ə baha başa gələ bilər.

 

30 noyabr

VI tur

17:00. “Telekom” – “Lokomotiv”

"Gənclik” Olimpiya İdman Kompleksi

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

 

19:00. “Azərreyl” – “Azəryol”

“Azərreyl” İdman Bazası

İlk dövrə: “Azərreyl” – “Azəryol” - 1:3 (25:27, 23:25, 25:15, 23:25)

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Telekom

4

3

1

1

2

0

0

1

0

10-5

345-308

9

2

Lokomotiv

4

3

1

2

1

0

0

1

0

10-4

342-297

9

3

Azərreyl

4

2

2

1

1

0

0

1

1

7-7

331-293

6

4

Azəryol

4

2

2

1

1

0

0

2

0

8-7

344-350

6

5

Gənclik

3

1

2

1

0

0

0

0

2

3-6

186-204

3

6

Tbilisi

3

0

3

0

0

0

0

0

3

0-9

119-225

0