13:26 28-11-2015
news_image

Rusiya Avropa çempionatına yollanmaqdan imtina etdi

Rusiyanın sambo üzrə yığma komandası Türkiyədə keçiriləcək Avropa çempionatında iştirakdan imtina edib. Apasport.az saytının məlumatına görə, buna səbəb iki ölkə arasında son günlər yaranmış gərginlikdi.

 

Rusiya Sambo Federasiyası dekabrın 4-7-si aralığında İstanbulda baş tutacaq qitə birinciliyinə qatılmayacaqlarını bəyan edib. Federasiya prezidenti Maksim Borisov baş verənlərdən sonra Türkiyəyə getməyi məqsədəuyğun bilmədiklərini söyləyib.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin eyni zamanda Dünya Sambo Federasiyasının fəxri prezidentidi.